Bakıda qadın kişiyə qarşı 103 min manatlıq və 95 min dollarlıq dələduzluq edib

Bakıda qadın kişiyə qarşı 103 min manatlıq və 95 min dollarlıq dələduzluq edib Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Dekabr , 2016 16:29
Bakıda qadın kişiyə qarşı 103 min manatlıq və 95 min dollarlıq dələduzluq edib

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda 44 yaşlı kişiyə qarşı külli miqdarda dələduzluq edib.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Azər Mahmudov Qaradağ Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, 2014-cü ilin aprel ayında 1971-ci il təvəllüdlü Təranə Eminova onu aldadaraq 103 000 manat, 95 000 ABŞ dolları və 25 688 manat dəyəri olan qızıl-zinət əşyalarını alıb.

Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi