Bakıda qadın kişini öldürüb

Bakıda qadın kişini öldürüb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
9 Mart , 2015 13:26
Bakıda qadın kişini öldürüb

Bakı. 9 mart. REPORT.AZ/ Martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş Sabir Qurbanovun bıçaqla qətlə yetirilmiş meyiti mənzilində tapılıb. “Report”un xəbərinə görə, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş onunla qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini Yelena Maxrova tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi