Bakı. 15 dekabr. REPORT.AZ/ Bakının Surxanı rayonunda qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bu barədə "Report"a Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.
Belə ki, 1969-cu il təvəllüdlü Samidə Dədəcanova kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının həyatını xilas edə biliblər. 45 yaşlı S.Dədəcanova polisə ifadəsi zamanı Suraxanı rayonu Zığ yolu küçəsində yaşadıqları mənzildə həyat yoldaşı tərəfindən mübahisə zəminində bıçaqlandığını bildirib. Hazırda polislər hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.