Yuxarı

Bakıda poliklinikada sevgilisinə xəsarət yetirən şəxs tutulub - FOTO - YENİLƏNİB

Bakıda poliklinikada sevgilisinə xəsarət yetirən şəxs tutulub - FOTO - YENİLƏNİB

3107

Hadisə mübahisə zəminində baş verib
© Foto: Report.az

Bakı. 24 avqust. REPORT.AZ/ Bakıda qadına amburla xəsarət yetirən şəxs tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, bu gün Səbail rayonu ərazisində Bakı şəhər sakini Məhəmmədhüseyn Abbasov münaqişə zəminində paytaxt sakini Faizə Əyyubovaya amburla xəsarət yetirib. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə M.Abbasov tutulub.


*** 05:28

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Bülbül prospektində yerləşən A.A.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının nəzdindəki Travmatoloji məntəqədə qeydə alınıb.

Orada həkim kimi fəaliyyət göstərən 1972-ci il təvəllüdlü Eyyubova Faizə İslam qızı özünün dediyinə görə, sevgilisi ilə poliklinikanın içərisində mübahisə edib. Bu zaman kişi iti bizlə ona bədəninin bir neçə yerindən xəsarət yetirib. Həkim təcili yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Foto: Ruslan Məmmədov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi