Yuxarı
    Bağlamaq

    Bakıda qadın evdən 150 min manatlıq oğurluq edib

    Faktla bağlı araşdırmalar davam etdirilir

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda evdən 150 min manatlıq oğurluq olub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, paytaxtın İ.Həmidov küçəsində yaşayan Bəyimxanım Ələkbərovanın evindən 50 min manat nağd pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    “Təhlükəsiz Şəhər” Xidməti, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi