Bakıda qadın əmisi oğlu tərəfindən bıçaqlanıb

Bakıda qadın əmisi oğlu tərəfindən bıçaqlanıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
8 Dekabr , 2014 09:43
Bakıda qadın əmisi oğlu tərəfindən bıçaqlanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi olub. "Report"un məlumatına görə, Binəqədi rayonu Cəfər Cabbarlı küçəsində qeydə alınan hadisə zamanı 1990-cı il təvəllüdlü Hüseynova Əminə Xəlil qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Binəqədi Rayon Polis İdarəsində aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, Ə.Hüseynova Biləsuvar rayon sakinidir və Bakıda bıçaqlandığı ünvanın yaxınlığında kirayədə yaşayır. Zərərçəkən hadisə günü öz doğma əmisi oğlu tərəfindən bıçaqlandığını bildirib. Hazırda polislər Ə.Hüseynovanı bıçaqlayan şəxsin axtarışlarını davam etdirir. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi