Yuxarı

Bakıda qadın döyülərək soyğunçuluğa məruz qalıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda qadın döyülərək soyğunçuluğa məruz qalıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 15-də saat 02:50 radələrində Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü İlhamə Xəlilovanı döyərək içərisində 120 manat pul, 1 cüt sırğa, mobil telefon və sənədləri olan əl çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi