Bakıda qadın anasının pulunu oğurlayıb

Bakıda qadın anasının pulunu oğurlayıb Bakı. 3 may. REPORT.AZ/ Bakıda qadın anasının pulunu oğurladığı üçün saxlanılıb.
Hadisə
3 May , 2018 11:51
Bakıda qadın anasının pulunu oğurlayıb

Bakı. 3 may. REPORT.AZ/ Bakıda qadın anasının pulunu oğurladığı üçün saxlanılıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12.000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.

İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi