Bakıda qadın 3 nəfərə qarşı 15900 ABŞ dolları dəyərində dələduzluq edib

Bakıda qadın 3 nəfərə qarşı 15900 ABŞ dolları dəyərində dələduzluq edib Dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.
Hadisə
12 Sentyabr , 2019 11:26
Bakıda qadın 3 nəfərə qarşı 15900 ABŞ dolları dəyərində dələduzluq edib

Dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) "Report"a bildirilib ki, Nəsimi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15 900 ABŞ dolları və 800 manat pullarını aldıqlarını deyiblər.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib. 

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi