​Bakıda qaçaqmalçılıqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

​Bakıda qaçaqmalçılıqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb Hər iki şəxsə şərti cəza verilib
Hadisə
26 Noyabr , 2015 14:40
​Bakıda qaçaqmalçılıqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Hicran Ağayev və Azad Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, H.Ağayev və A.Məmmədovun ölkə sərhədinə qaçaqmalçılıq yolu ilə nərə balığı gətirərkən saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi