Yuxarı

Bakıda pul kisəsi oğurlayan qadın tutulub

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakıda pul kisəsi oğurlayan qadın tutulub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Arzu Əsgərovaya məxsus içərisində 58 manat və sənəd olan pul kisəsini oğurlayan paytaxt sakini Mətanət Əmrullayeva saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi