Bakıda prorektorun evindən oğurluq edən şəxslərin məhkəməsi başlayıb

Bakıda prorektorun evindən oğurluq edən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası noyabrın 10-na təyin edilib
Hadisə
1 Noyabr , 2016 11:01
Bakıda prorektorun evindən oğurluq edən şəxslərin məhkəməsi başlayıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağlr Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 10-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin evindən oğurluq ediblər. Həmin şəxslər ümumilikdə 429 min 172 manat dəyərində əmlak ələ keçiriblər. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi