Bakıda “Toyota Prius” markalı avtomobilinin iştirakı ilə daha bir qəza qeydə alınıb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Belə ki, “Toyota Prius” markalı avtomobillə “Hyundai” markalı minik maşını toqquşub.
Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda paytaxt ərazisində qəzaların ən çox “Toyota Prius” markalı avtomobillərin iştirakı baş verdiyi bildirilir.