Bakıda "Prado" ilə "Moskviç" toqquşub, 1 nəfər ölüb, 1-i yaralanıb - FOTO

Bakıda "Prado" ilə "Moskviç" toqquşub, 1 nəfər ölüb, 1-i yaralanıb - FOTO Qəzaya dairənin gözləmə nişanına məhəl qomayan "Prado" səbəb olub
Hadisə
727
16 Oktyabr , 2017 01:00
Bakıda Prado ilə Moskviç toqquşub, 1 nəfər ölüb, 1-i yaralanıb - FOTO
Report

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində "Moskviç" və "Toyota Prado" markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.

Dairəyə daxil olan "Moskviç" hərəkətini davam etdirərkən "Toyota" yüksək sürətlə gələrək gözləmə nişanının tələbini pozub və "Moskviç"in orta hissəsinə çırpılıb.

Nəticədə 1963-cü il təvəllüdlü Hüseynov Tofiq Şahverdi oğlu ölüb, onun sərnişini, 1970-ci il təvəllüdlü Babayev Mürsəl Xanlar oğlu isə ağır yaralanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi