Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib

Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib
Hadisə
9 Oktyabr , 2017 08:33
Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib
Courtesy İmage

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində 1978-ci il təvəllüdlü Məhərrəmov Səxavət Senzur oğlu fəaliyyət göstərdiyi marketdə qarın nahiyyəsindən özünə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. 

Yaralı tibbi əməliyyatdan sonra hüquq-mühafizə orqanlarına bildirib ki, polis əməkdaşları onu təqib edib. Buna görədə intihara cəhd göstərib.

Suraxanı Rayon Polis İdarəsindən "Report"a bildirilib ki, S. Məhərrəmovun intihara cəhd etməsinin dəqiq səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi