Bakıda polis özünü təhlükəyə ataraq tüstüdən zəhərlənən şəxsi xilas edib

Bakıda polis özünü təhlükəyə ataraq tüstüdən zəhərlənən şəxsi xilas edib Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.
Hadisə
20 May , 2022 11:34
Bakıda polis özünü təhlükəyə ataraq tüstüdən zəhərlənən şəxsi xilas edib

Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.

Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi RPİ-nin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.

Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.

Elnur Əhmədov
Elnur Əhmədov

Son xəbərlər

Orphus sistemi