Yuxarı
    Bağlamaq

    Bakıda polisin paqonunu sökən şəxslərə cinayət işi açılıb

    Hadisə Bakı Metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında baş verib

    Bakı. 17 fevral. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu polis əməkdaşına xəsarət yetirilməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. 

    “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, fevralın 15-də saat 19:30 radələrində Bakı Metropoliteninin polis şöbəsinin polis nəfəri Tahir Mikayılov xidməti vəzifələrinin icrası bitdikdən sonra Bakı Metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında olarkən Masallı rayon sakinləri - Elmin Hacıyev və Kərim Kərimovun ictimai qaydanı kobud şəkildə pozaraq ona qarşı zor tətbiq etməklə bədən xəsarətləri yetirməsində, həmçinin üzərində olan xidməti geyim formasının paqonunu sökərək zədələmələrində əsaslı şübhələr olduğundan faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi