Yuxarı

Bakıda polisin idarə etdiyi avtomobil qəzaya uğrayıb

Faktla bağlı istintaq aparılır

Bakı. 25 iyul. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Zabrat-Maştağa şosesində 1983-cü il təvəllüdlü Eşqin Əhmədovun idarə etdiyi “VAZ-21150” və 1951-ci il təvəllüdlü Vaqif Eminovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub.

Nəticədə V.Eminovun sərnişinləri Neftçala rayon sakini 1960-cı il təvəllüdlü Gülnişan Qurbanova, 1970-ci il təvəllüdlü Xatirə Qurbanova, 1961-ci il təvəllüdlü Tamara İsayeva və 1953-cü il təvəllüdlü Mehrəmsə Kərimova müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, sürücülərdən Eşqin Əhmədov polis serjantıdır.

Faktla bağlı istintaq aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi