Bakıda polisə hücum edən şəxsin məhkəməsi başlayır

Bakıda polisə hücum edən şəxsin məhkəməsi başlayır Bakıda polis əməkdaşına xəsarət yetirməkdə təqsirləndirilən Rövşən Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
26 Noyabr , 2019 19:03
Bakıda polisə hücum edən şəxsin məhkəməsi başlayır

Bakıda polis əməkdaşına xəsarət yetirməkdə təqsirləndirilən Rövşən Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hakim Hafiz Kamranovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin oktyabr ayında Nərimanov rayonu ərazisində baş verib. Təbriz küçəsi, 54 nömrəli evin qarşısında 1972-ci il təvəllüdlü Rövşən İsrafil oğlu Hüseynov sahə müvəkkili, polis kapitanı, 1982-ci il təvəllüdlü Babək Məhəmmədəli oğlu Abbasova bıçaqla hücum edib. Polis əməkdaşı qolundan üç bıçaq yarası alıb.

Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə itiham verilib. 

Son xəbərlər

Orphus sistemi