​Bakıda polisdən qaçan sürücü maşını divara çırpıb

​Bakıda polisdən qaçan sürücü maşını divara çırpıb Qəza ilə bağlı araşdırma aparılır
Hadisə
7 İyun , 2015 16:40
​Bakıda polisdən qaçan sürücü maşını divara çırpıb

Bakı. 07 İyun. REPORT.AZ/ Bakıda avtoxuliqanlıq edərək yol polisindən qaçmaq isdəyən sürücü qəza torədib.

"Report"un məlumatına görə, Yasamal rayonu 5 mərtəbə adlanan ərazidə yol polisi "BMW" markalı maşına saxlama işarəsi verib.

Lakin sürücü hərəkəti davam etdirərək yol polisindən qaçmağa çalışıb. Yasamal rayonu "Sovetski" adlanan ərazidə isə sürücü idarəetməni itirərək maşını yol kənarındakı tikilinin divarına çırpıb.

Hazırda qəza ilə bağlı araşdırma aparılır, sürücü isə izahatın alınması ücün polis bölməsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi