Bakıda polis yerdən 307 manat tapdı

Bakıda polis yerdən 307 manat tapdı Bakıda metroda qadın pulunu itirib.
Hadisə
257
6 Fevral , 2020 18:19
Bakıda polis yerdən 307 manat tapdı

Bakıda metroda qadın pulunu itirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, metronun "Gənclik" stansiyasında naməlum şəraitdə 307 manatını itirən Sevda Kərimova polisə əməkdaşlarına müraciət edib.

Şəhid ailəsini asayiş keşikçiləri tezliklə sevindirib. 

Belə ki, həmin stansiyada xidmət aparan polis kiçik serjantı Musa Sabirli təqribən saat 14:00 radələrində metronun girişində 307 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.

Elə həmin gün axşam saatlarında S.Kərimova rəhbərlik tərəfindən şöbəyə dəvət olunub və itirdiyi 307 manat ona qaytarılıb. 

S.Kərimova asayiş keşikçilərinə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi