Bakıda polis serjantı ölümlə hədələnib

Bakıda polis serjantı ölümlə hədələnib Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Dekabr , 2015 16:25
Bakıda polis serjantı ölümlə hədələnib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda polis serjantı ölümlə hədələnib.

“Report”un xəbərinə görə, bu barədə o, özü raport yazıb.

Belə ki, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsinin polis serjantı, 1993-cü il təvəllüdlü Kamran Muxtarov Qaraçuxur qəsəbəsində döyülüb. O, yazdığı raportda bildirib ki, qəsəbədə yerləşən çayxananın qarşısında xuliqanlıq zəminində Azər adlı şəxs onu döyüb, sonra isə şikayət edəcəyi təqdirdə öldürəcəyi ilə hədələyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi