Bakıda polis qardaşını televizora baxmaq üstündə öldürən şəxsə hökm oxunub

Bakıda polis qardaşını televizora baxmaq üstündə öldürən şəxsə hökm oxunub Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 Oktyabr , 2018 13:07
Bakıda polis qardaşını televizora baxmaq üstündə öldürən şəxsə hökm oxunub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Ə.Əliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 85-də yerləşən binada baş verib. 

Son xəbərlər

Orphus sistemi