Bakıda polis mayorunu bıçaqlayan şəxslərin məhkəməsində hadisənin videogörüntüsü nümayiş etdirilib

Bakıda polis mayorunu bıçaqlayan şəxslərin məhkəməsində hadisənin videogörüntüsü nümayiş etdirilib Növbəti proses aprelin 25-nə təyin olunub
Hadisə
18 Aprel , 2017 16:37
Bakıda polis mayorunu bıçaqlayan şəxslərin məhkəməsində hadisənin videogörüntüsü nümayiş etdirilib

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəlüldlü Məhərəmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədriyi ilə keçirilən prosesdə məhkəmədə sənədlərin tədbiqi mərhələsininin başlanıldığı elan olunub.

Daha sonra iclasda hadisənin videogörüntüsü nümayiş etdirilib.

Təqsirləndirilən Ə.Həsənovun vəkili Orxan Əhmədov çıxış edib. O, müvəkilinin özünü qorumaq niyyəti ilə elə hərəkət etdiyini deyib.

Hakim məhkəmə istintaqının başa çatdırıldığını elan edib.

Dövlət ittihamçısı çıxışa hazır olmadığını söyləyərək, məhkəmədən vaxt istəyib.

Növbəti proses aprelin 25-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Ə.Məhərrəmov orada həmin şəxslərlə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.

Məlumata görə, daha sonra Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Ə.Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub.

Xatırladaq ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.

Son xəbərlər

Orphus sistemi