Bakıda polis əməliyyat keçirdi, saxlanılanlar var

Bakıda polis əməliyyat keçirdi, saxlanılanlar var Bakı sakinlərində narkotik vasitə aşkarlanıb.
Hadisə
426
4 Aprel , 2020 11:11
Bakıda polis əməliyyat keçirdi, saxlanılanlar var

Bakı sakinlərində narkotik vasitə aşkarlanıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal və Binəqədi rayon ərazilərində qeydə alınıb.

Belə k, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1958-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Heydərovdan 7,699 qram heroin və 17,453 qram metamfetamin aşkar olunaraq götürülüb.

Bundan başqa, Binəqədi RPİ-nin 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü İ.Nuriyevdən 0,038 qram heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi