Bakıda polis bıçaqlanıb

Bakıda polis bıçaqlanıb Bakı. 29 dekabr. REPORT.AZ/ Bakıda polis vəzifə başında bıçaqlanıb.
Hadisə
29 Dekabr , 2018 14:42
Bakıda polis bıçaqlanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakıda polis vəzifə başında bıçaqlanıb.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 27-də Bakı şəhər sakini O.Məmmədlini bıçaqla hədələyib 1300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almış Şəmkir rayon sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş Əli Əsgərov yaxalanarkən polis əməkdaşına bıçaqla xəsarət yetirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Əsgərov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi