Bakıda polis avtomobili qarət etmək istəyən şəxsi tutub - FOTO

Bakıda polis avtomobili qarət etmək istəyən şəxsi tutub - FOTO Bakıda avtomobili qarət etmək istəyən şəxs saxlanılıb.
Hadisə
218
2 Fevral , 2020 17:25
Bakıda polis avtomobili qarət etmək istəyən şəxsi tutub - FOTO
Foto: "Report"

Bakıda avtomobili qarət etmək istəyən şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, hadisə fevralın 1-də, səhər saat 04:30 radələrində, Nizami rayonu, Tofiq Abbasov küçəsində qeydə alınıb.

Kürdəmir rayon sakini, Aqil Qasımov avtomobilin şüşəsini sındıraraq onun içərisindəki maqnitofonu oğurlamağa cəhd edib. Bu zaman ərazidə olan Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrol Xidməti (PPX) əməkdaşlarının operativliyi nəticəsində A.Qasımov hadisə yerində yaxalanıb və 25-ci Polis Bölməsinə (PB) təhvil verilib

Faktla bağlı Nizami RPİ-nin 25-ci PB-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi