Bakıda plastik məişət tullantıları satan şəxs döyülüb - VİDEO - YENİLƏNİB

Bakıda plastik məişət tullantıları satan şəxs döyülüb - VİDEO - YENİLƏNİB Pərviz Məmmədova üz nahiyəsindən xəsarət yetirilib
Hadisə
143
4 May , 2017 11:58
Bakıda plastik məişət tullantıları satan şəxs döyülüb - VİDEO - YENİLƏNİB
Report.az

*** İlk xəbər 07:06-da dərc olunub. Video əlavə olunub

Bakı. 4 may. REPORT.AZ/ Bakıda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.

Belə ki, məişət tullantılarından plastik əşyalar toplayaraq satmaqla məşğul olan 1977-ci il təvəllüdlü Məmmədov Pərviz Şahvələd oğlu yolu keçərkən onun yük çantası "Mercedes" markalı minik avtomobilinə toxunub. Bu səbəbdən də minik maşınının sürücüsü avtomobildən düşərək P.Məmmədova etirazını bildirib. Tərəflər arasındakı mübahisə dava ilə nəticələnib.

Bu zaman sürücü minik maşınındakı bellə P.Məmmədova üz nahiyəsindən xəsarət yetirib. Xəsarət almış P.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi