Bakıda piyadaya yol verən maşın zəncirvari qəzaya səbəb olub - FOTO

Bakıda piyadaya yol verən maşın zəncirvari qəzaya səbəb olub - FOTO Hadisə nəticəsində üç avtomobil toqquşub
Hadisə
21 Yanvar , 2018 13:36
Bakıda piyadaya yol verən maşın zəncirvari qəzaya səbəb olub - FOTO
Report

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakının Binəqədi rayonunda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində olub.

Qəza zamanı "Mercedes", "VAZ-2107" və "Hyundai Tucson" markalı avtomobillər bir-birinə çırpılıb.

İlkin məlumatlara görə, qəza hərəkətdə olan "Mercedes"in yolu keçən piyadaya yol vermək üçün qəfil əyləci basması nəticəsində baş verib. Hər 3 avtonəqliyyat vasitəsinə ziyan dəyib, ölən və yaralanan yoxdur.

Son xəbərlər

Orphus sistemi