Bakı. 4 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində qeydə alınıb.
Belə ki, “10-XU-219” dövlət qeydiyyat nişanlı, “Qazel” markalı yük avtomobili yolu keçmək istəyən piyadanı vurub. Nəticədə piyada ağır xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Yaralı “təcili yardım” maşını ilə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.