Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda, Mətbuat prospekti yaxınlığında qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Muradov Azər Allahverdi oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol saidin sınığı diaqnozu qoyulub.