Bakı. 20 may. REPORT.AZ/ Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, qəza Binəqədi rayonunun Sulutəqə qəsəbəsində baş verib. Qəza zamanı 30-35 yaşlarında piyada yolun işıqlandırılmayan hissəsindən yolu keçən zaman "Pejo" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Polislər qəza zamanı ölən piyadanın şəxsiyyətini müəyyənləşdirmək istiqamətində araşdırma aparırılar.
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
20 may 2015
15:16


Son xəbərlər
