Bakıda piyadanın ölümü ilə bağlı cinayət işi başlanıldı

Bakıda piyadanın ölümü ilə bağlı cinayət işi başlanıldı Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzasının araşdırmaları davam etdirilir.
Hadisə
30 aprel 2020 05:15
Bakıda piyadanın ölümü ilə bağlı cinayət işi başlanıldı

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzasının araşdırmaları davam etdirilir.

"Report"un xəbərinə görə, hadisə aprelin 29-u saat 23:00 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1999-cu il təvəllüdlü Azad Əliyev idarə etdiyi "VAZ-2103" markalı avtomobillə yolu piyada keçmək istəyən Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Fəridə Ələkbərovanı vuraraq öldürüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi