Yuxarı
    Bağlamaq

    ​Bakıda piyadanı vurub qaçan sürücü həbs olunub

    İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

    Bakı. 8 avqust. REPORT.AZ/ Bakının Nəsimi rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub.

    “Report”un xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilir. Belə ki, avqustun 7-də saat 04:30-da rayonun A.Mustafayev küçəsi 3007-ci məhəllənin qarşısında naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Namazov Məzahir Sədi oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “VAZ 21725” markalı AZ 04-BL-046 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ağcabədi rayonu, Hindarx kənd sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Xalıq Allahverən oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi