Bakıda piyadanı vurub öldürərək qaçan sürücü saxlanılıb

Bakıda piyadanı vurub öldürərək qaçan sürücü saxlanılıb Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib.
Hadisə
29 Noyabr , 2019 11:08
Bakıda piyadanı vurub öldürərək qaçan sürücü saxlanılıb

Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib. 

"Report" xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb. 

Belə ki, noyabrın 26-da Buzovna qəsəbəsi ərazisində Maştağa-Buzovna şossesində paytaxt sakini 1991-ci il təvəllüdlü Məmmədov Malik Yaqub oğlunun idarə etdiyi “Opel” markalı, 99-UT-412 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada 1973-cü il təvəllüdlü Məmmədov Fazil Nəriman oğlunu vurması nəticəsində aldığı xəsarətlərdən sonuncunun vəfat etməsi, Malik Məmmədovun isəhadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. 

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin M.Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi