Bakıda piyadanı vurub öldürən sürücüyə hökm oxunub

Bakıda piyadanı vurub öldürən sürücüyə hökm oxunub Bakı. 5 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən İlkin Feyzullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
5 Aprel , 2018 15:16
Bakıda piyadanı vurub öldürən sürücüyə hökm oxunub
Report

Bakı. 5 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən İlkin Feyzullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İ.Feyzullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il aprelin 25-də Bakının Nizami rayonu Q.Qarayev prospektində Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi BMW markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub.

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb.

İ.Feyzullayev saxlanılıb və daha sonra onun barəsində Cinayət Məcəlləsinin 263-cü (ölümlə nəticələn yol nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi