​Bakıda piyadanı vurub öldürən avtobus sürücüsünə hökm oxunub

​Bakıda piyadanı vurub öldürən avtobus sürücüsünə hökm oxunub O, 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
3 Mart , 2016 16:32
​Bakıda piyadanı vurub öldürən avtobus sürücüsünə hökm oxunub

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmada təqsirləndirilən Sərxan Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Bağırov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyul ayında Xanlar Ələkbərov küçəsi, 25 ünvanında baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Bağırov Sərxan Elxan oğlu idarə etdiyi "İSUZU" markalı, 90-TV-785 dövlət nömrə nişanlı 213 saylı xətt üzrə hərəkət edən avtobusla piyada, 1958-ci il təvəllüdlü Tamella Murtuz qızı Babayevanı vurub. Piyada 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədən sürücü S.Bağırov tutulub.

Son xəbərlər

Orphus sistemi