Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb Bakı. 29 yanvar. REPORT.AZ/ Bakıda piyadanı vurub məsuliyyətdən yayınan sürücü saxlanılıb.
Hadisə
29 Yanvar , 2019 11:59
Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb
0 : 00
0 : 00

Bakı. 29 yanvar. REPORT.AZ/ Bakıda piyadanı vurub məsuliyyətdən yayınan sürücü saxlanılıb.

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 26-da Bakı şəhər sakini S.Şeşbekovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla qadının Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən və hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi