Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanıldı

Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanıldı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 Fevral , 2020 12:12
Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanıldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə metronun "Neftçilər" stansiyasının yaxınlığında qeydə alınıb.

“Toyota Prius” markalı avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

Piyada xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağıdır.

Zədəli avtomobil hadisədən 40 dəqiqə sonra metronun "Qara Qarayev" stansiyası yaxınlığında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşlarının diqqətini cəlb edib. Polis əməkdaşları sürücüyə yaxınlaşaraq avtomobilin harada zədələndiyini, nə baş verdiyini soruşublar. Lakin sürücü hadisə törətdiyini boynuna almayıb. O, ərazi üzrə polis orqanına dəvət edilib və müəyyən olunub ki, avtomobilin sürücüsü E.H. bir saat əvvəl metronun "Neftçilər" stansiyasının yaxınlığında qəza törədərək hadisə yerindən qaçıb.

Sürücü əməlini etiraf edib. Bildirib ki, hadisə zamanı qorxduğu üçün piyadanı köməksiz vəziyyətdə qoyaraq ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi