Bakıda piyadanı vuraraq öldürən sürücü saxlanılıb

Bakıda piyadanı vuraraq öldürən sürücü saxlanılıb Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulov vurulub, sürücü hadisə yerini tərk edib
Hadisə
162
22 May , 2021 11:39
Bakıda piyadanı vuraraq öldürən sürücü saxlanılıb

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulov vurulub, sürücü hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törədən qeyd edilən avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi