Bakıda piyadanı vuraraq öldürən maşın İcra Hakimiyyətinə məxsus olub

Bakıda piyadanı vuraraq öldürən maşın İcra Hakimiyyətinə məxsus olub Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda zibildaşıyan maşının vurduğu piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
8 Dekabr , 2018 10:13
Bakıda piyadanı vuraraq öldürən maşın İcra Hakimiyyətinə məxsus olub
Report

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda zibildaşıyan maşının vurduğu piyadanın şəxsiyyəti məlum olub.

“Report”un xəbərinə görə, paytaxtın Nəsimi rayonu ərazisində həmin rayonun İcra Hakimiyyətinə məxsus, Qəhrəman Ağababayevin idarə etdiyi “İveco” markalı, 99 JF567 dövlət nömrə nişanlı yük maşını yolu keçmək istəyən, 1963-cü il təvəllüdlü Cümşüd Cəmil oğlu Kərimlini vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi