Yuxarı

Bakıda piyadanı vuran sürücü əməlini ört-basdır etmək üçün maşını gizlədib

Bakıda piyadanı vuran sürücü əməlini ört-basdır etmək üçün maşını gizlədib

Sürücü saxlanılıb, avtomobil tapılaraq cərimə meydançasına aparılıb
© Foto: Report.az

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Zabrat qəsəbsində yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Yaxşı Əliyevanı "Mercedes" markalı avtomobil vurub.

Hadisəni törədən sürücü Əsgər Zeynalov maşını yaxınlıqda gizlədərək qadını taksi vasitəsilə xəstəxanaya aparıb. Lakin hadisə haqqında polisə məlumat verildikdən sonra məlum olub ki, Ə.Zeynalov törətdiyi yol-nəqliyyat hadisəsini gizlətmək istəyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil tapılaraq cərimə meydançasına yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi