Bakıda piyadanı maşın vuraraq qaçıb

Bakıda piyadanı maşın vuraraq qaçıb Yaralını xəstəxanaya taksi sürücüsü aparıb
Hadisə
5 Oktyabr , 2017 07:28
Bakıda piyadanı maşın vuraraq qaçıb
Report

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 34 yaşlı Qarakişiyev Rauf Əvəz oğlu 2-ci Zabrat qəsəbəsində

yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Kişinin xəsarət aldığını görən maşının sürücüsü ərazidən uzaqlaşıb. Yaralı taksi sürücüsünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi