Bakıda piyadanı avtomobil vuraraq ağır yaraladı

Bakıda piyadanı avtomobil vuraraq ağır yaraladı Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 Yanvar , 2021 08:27
Bakıda piyadanı avtomobil vuraraq ağır yaraladı

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu keçən 1988-ci il təvəllüdlü İsmayılov Xəzər Zakir oğlunu avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi