Bakıda piyadalar üçün müəyyən edilməyən yerdən yolu keçən oğlanı maşın vurub

Bakıda piyadalar üçün müəyyən edilməyən yerdən yolu keçən oğlanı maşın vurub Hadisəni törədən sürücü saxlanılıb
Hadisə
19 Fevral , 2018 01:48
Bakıda piyadalar üçün müəyyən edilməyən yerdən yolu keçən oğlanı maşın vurub
Report

Bakı. 19 fevral. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü Nəsirov Nurlan Mikayıl oğlu Həsən Əliyev küçəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən, onu minik avtomobili vurub.

Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları faktla əlaqədar olaraq hadisəni törədən sürücünü saxlayıb.

Son xəbərlər

Orphus sistemi