Bakıda piyada zolağından keçən qadını maşın vurub

Bakıda piyada zolağından keçən qadını maşın vurub Sürücü məsuliyyətə cəlb edilib
Hadisə
6 İyul , 2018 08:29
Bakıda piyada zolağından keçən qadını maşın vurub

Bakı. 6 iyul. REPORT.AZ/ Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1964-cü il təvəllüdlü Həsənova Yeganə Kərim qızı 8-ci kilometr bazarının qarşısında piyada keçidindən keçərkən onu minik avtomobili vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Sürücü faktla əlaqədar olaraq Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi