Bakıda piyada zolağından keçən qadını avtomobil vurub

Bakıda piyada zolağından keçən qadını avtomobil vurub Hadisəni törədən sürücü saxlanılıb
Hadisə
21 Avqust , 2017 10:19
Bakıda piyada zolağından keçən qadını avtomobil vurub

Bakı. 21 avqust. REPORT.AZ/ Bakıda qadın piyada zolağından keçərkən onu avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, "Azadlıq" prospekti ilə Kaveroçkin küçəsinin kəsişməsində 40 yaşlı Ruzanova Aksana Bahadur qızı piyadalar üçün nəzərdə tutulan zolaqdan keçərkən onu avtomobili vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi