Bakıda piyada zolağında gənc oğlanı avtomobil vurub

Bakıda piyada zolağında gənc oğlanı avtomobil vurub Hadisə Zivərbəy Əhmədbəyov küçəsində baş verib
Hadisə
7 Fevral , 2018 06:38
Bakıda piyada zolağında gənc oğlanı avtomobil vurub

Bakı. 7 fevral. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Zivərbəy Əhmədbəyov küçəsində piyada zolağından keçən 2000-ci il təvəllüdlü Həsənov Eltun Əkbər oğlunu minik avtomobili vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi