Bakıda piyada keçidindən keçməyən şəxsi maşın vurub

Bakıda piyada keçidindən keçməyən şəxsi maşın vurub Sürücü yaralanmış piyadanı dərhal 3 saylı Kliki Tibbi Mərkəzə çatdırıb
Hadisə
8 Avqust , 2017 04:45
Bakıda piyada keçidindən keçməyən şəxsi maşın vurub

Bakı. 8 avqust. REPORT.AZ/ Bakıda piyada keçidindən keçməyən şəxsi avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazində baş verib.

Ziya Bünyadov prospektində 37 yaşlı Süleymanov Elnur Arif oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən hələ ki, adı açıqlanmayan sürücünün idarə etdiyi minik avtomobili onu vurub. Sürücü yaralanmış piyadanı dərhal 3 saylı Kliki Tibbi Mərkəzə çatdırıb. Hazırda Elnur Süleymanovun vəziyyəti ağır olaraq qalır. Sürücü isə Nərimanov Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi