Bakıda piyada keçidindən istifadə etməyən kişini avtomobil vurub

Bakıda piyada keçidindən istifadə etməyən kişini avtomobil vurub Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
27 Yanvar , 2018 07:39
Bakıda piyada keçidindən istifadə etməyən kişini avtomobil vurub
"Report"

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda orta yaşlı kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə 1984-cü il təvəllüdlü İsgəndərov Babək Novruz oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi